256 milyon manat ölkədə normal islahatlar aparılmasına bəs edəcəkmi? - Ekspert rəyi

256 milyon manat ölkədə normal islahatlar aparılmasına bəs edəcəkmi? - Ekspert rəyi
"İslahatların həyata keçirilməsinə yönəldiləcək həmin vəsaitlər daha çox iqtisadi liberallaşma, effektiv nəzarət mexanizmlərinin formalaşması, vergi və fiskal öhdəliklərin optimallaşdırılması kimi hədəflərə yönəldilməlidir”.
 
Sfera.az-a açıqlamasında bu sözləri gələn il üçün islahatların aparılmasına dövlət büdcəsindən yönələcək 256 milyon manat vəsaitin həmin istiqamətdə ciddi addımlar atmağa kifayət edib-etməyəcəyi və hansı sahələr üzrə islahatların aparılmasına yönəldilməli olduğuna münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:
 
"Məsələ ondan ibarətdir ki, büdcə ilə bağlı məlumatların açıqlanmasında problemlər var. Büdcə ilə bağlı makroməlumatlar açıqlanır, amma təəssüf ki, bu istiqamətdə detallı məlumatları əldə edə bilmirik. Ona görə də islahatların aparılması üçün gələn ilə ayrılan 256 milyon manatın hansı istiqamətlər üzrə xərclənəcəyini dəqiq bilmirik. Hazırda ölkədə ciddi iqtisadi islahatların aparılmasına ehtiyac var. Bu sahədə islahatların dəstəklənməsi məqsədilə təbii olaraq müəyyən vəsaitin olması tələb olunur. Düşünürəm ki, yönəldilən həmin vəsaitlər daha çox iqtisadi liberallaşma, effektiv nəzarət mexanizmlərinin formalaşması, vergi və fiskal öhdəliklərin optimallaşdırılması kimi hədəflərə yönəldilməlidir. Eyni zamanda, təşviq mexanizmləri sürətlə inkişaf etdirilməli və bu mexanizmlər real sektorun inkişafını dəstəkləyəcək səviyyədə olmalıdır. Həmçinin, beynəlxalq təcrübələrin öyrənilməsi və onun Azərbaycana uyğunlaşdırılması kimi məsələlərə də sözügedən vəsaitdən ayırmaq lazımdır. İslahatlara ayrılacaq vəsaitlər dediyim bu istiqamətlərə yönəldilərsə, bu halda tezliklə onun bəhrəsini də görmək mümkün olacaq”.
 
Həmsöhbətimiz 256 milyon manatın hansı istiqamətlər üzrə islahatlar aparıldıqda bəs edəcəyini, hansı istiqamətlər üzrə islahat aparılmasına isə bəs etməyəcəyinə də aydınlıq gətirdi:
 
"Həmin 256 milyon manat vəsait vergi yükünün azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəksə, fiskal yükün azaldılmasına sərf olunarsa, o zaman islahatlar aparılmasına ayrılan bu vəsait bəs etməyəcək. Amma təşviq mexanizmləri, ixracın subsidiyalaşması, ixracla bağlı kampaniyaların təşkili və kənd təsərrüfatında subsidiya məsələlərinin formalaşdırılması, mövcud mexanizmlərin maliyyə təminatının artırılmasına yönələrsə, bu halda fikrimcə bəs edər”.
 
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsindən islahatların aparılmasına 256 milyon manat vəsaitin xərclənəcəyini bəyan edib. Hansı ki, son illər baş verən proseslər ölkəmizdə iqtisadi sahədə bir sıra ciddi islahatların aparılmasını vacib edir. Düzdür, ötən müddət ərzində sözügedən istiqamətdə bəzi islahatlar keçirilib. Amma bununla belə, tez-tez dəyişən vəziyyətlər islahatların da daimi olmasını diqtə edir.
 
ELÇİN
Sfera.az






OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...