235 gün komada qaldı — Mehmet Ali Erbil kabuslarından danışdı - FOTOLAR

235 gün komada qaldı — Mehmet Ali Erbil kabuslarından danışdı - FOTOLAR
235 gün komada qalan Mehmet Ali Erbil, qonaq olduğu verilişdə, yaşadığı çətin günlərdən danışıb.
 
Sfera.az xəbər verir ki, şoumen keçirdiyi ağır günləri xatırladıqca, göz yaşlarına hakim ola bilməyib. 

Evinin vanna otağında yıxılıb, xəstəxanaya yerləşdirildikdən sonra ölüm-qalım mübarizəsi aparan Mehmet Ali Erbilin ağ saç-saqqalı ilə diqqət çəkib. 

Erbil  xəstəxanaya yerləşdirildikdən sonra yaşama ehtimalı 5 faiz olduğunu söyləyib.Aylarla komada qalan şoumen olanları belə nəql edib:

 ''Dostlarım, bacım, birinci arvadım, ikinci arvadım, dördüncü arvadım bir gün olsun belə məni tək qoymadılar.Sevənlərimə çox şey borcluyam. Şanslıyam ki o günləri xatırlamıram. Nələr yaşamışam bilmirəm. Hər şey film kimi gəlir mənə. Komadan çıxıb, palataya köçürüləndə heç yerimi tərpədə bilmirdim. İlk dəfə barmağımı tərpədəndə çox şükür Allahım dedim''. 
Mehmet Ali Erbil komada gördüyü yuxulardan da danışıb.''Komada olarkən kabuslar görürdüm. Yuxumda bütün xəstəxana işçiləri plan qurub məni qaçırmaq istəyirdilər. Bir ara yuxumda qaçırdım, amma məni bağlamışdılar'',- deyə bildirib.
 



OXŞAR XƏBƏRLƏR