23 yaşlı model evində ölü tapıldı
16:20 / 20.11.2019
1740
Meksikalı fitnes model və məşqçi Alondra Vilyanseno Tixuana şəhərində öz evində ölü tapılıb.
Bu barədə "Mirror” xəbər yayıb.
23 yaşlı qızın meyitini onunla uzun müddət əlaqə saxlaya bilməyən anası aşkarlayıb. Başından güllələnən qızın bədənində bir neçə bıçaq yarası da olub. Cinayət yerində iki torba marixuana və 9 mm-lik güllə tapılıb.
Cinayətin motivləri bəlli deyil. Şahidlər bir kişinin evdən çıxaraq, avtomobillə getdiyini bildiriblər.
Qeyd edilir ki, Alondra Vilyaseno yerli idman zalında məşqçi işləyirmiş. Gənc qız internetdə məşqləri ilə bağlı videolarına görə məşhur olub.