"2256-cı ildən gəlmişəm” deyən gənc FTB-nin əlindən hara yoxa çıxdı?
18:31 / 05.03.2018
3256
2003-cü ildə "Weekly World” jurnalında qeyri-adi uğura imza atan gənc iqtisadçı haqda məqalə dərc olundu.
Sfera.az xəbər verir ki, həmin məqalə polislərin də diqqətini cəlb etdi. Axı Endryu Karlsen adlı gənc birjaya cəmi 800 dollar yatırmaqla iki həftəyə 350 milyon qazanmışdı.
Belə uğura dünyada hələ heç kim imza atmamışdı. Endryunu polis həbs edir. İstintaq zamanı o deyir ki, heç bir sxemdən istifadə etməyib. Doğrudan da müstəntiqlər dələduzluq faktı aşkarlamır. Ancaq suala cavab tapmaq lazım idi. Nəhayət gənc milyoner etiraf edir ki, gələcəkdən - 2256-cı ildən gəlib. Ona görə keçmişdəki investsiyalar barədə məlumatlıdır.
Gəncin 800 dollarla cəmi 2 həftəyə 350 milyon qazanc etməsi daha yuxarı dairələri maraqlandırdı. İş polisdən alınıb FTB-yə verildi.
FTB onun gələcəkdən gəlməsınə inanmırdı. Ancaq xəfiyyələr bu gəncin keşmişi haqda bir sətir belə məlumat tapmadılar. Sanki belə bir adam mövcud deyildi. Barmaq izləri də heç yerdə yox idi.
Karlsen hakimiyyətlə razılığa gəlməyə çalışdı. Əgər onu buraxsalar, QİSÇ xəstəliyinin dərmanını deyəcəkdi, həm də o vaxt axtarışda olan terrorçu Bin Ladenin yerini xəfiyyələrə göstərəcəkdi. Ancaq gələcəkdən nə ilə gəldiyini deməkdən imtina edirdi. Deyirdi ki, zaman maşını pis adamların əlinə düşsə, böyük bədbəxtlik ola bilər.
Nəhayət kimsə onun azad olması üçün böyük girov qoydu: bir milyon dollar.
Karlsen məhkəmədə işi üzrə dindirilməyə gedərkən qəfil yoxa çıxdı.
"The New Yorker", "The Guardian", "The Scotsman" kimi nəşrlə bu hadisə barədə çox yazdı. Ancaq xüsusi xidmət orqanları heç bir şərh vermədi. İnsanlar əmin idilər ki, hökumət nə isə gizləyir.
İlqar Atabəyli