22 yaşlı Nazim Babayev Avropa çempionu oldu - FOTOLAR

22 yaşlı Nazim Babayev Avropa çempionu oldu - FOTOLAR
Azərbaycan atleti Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərindəki Avropa çempionatında qızıl medal qazanıb.

Sfera.az xəbər verir ki, 22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub.

Finalda o, 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu da yeniləyib.

Gümüş medala 17,11 metr nəticə ilə portuqaliyalı Nelson Evora, bürünc medala isə 17,10 metr göstərici ilə almaniyalı Maks Heb sahib olub.

Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.



OXŞAR XƏBƏRLƏR