Hadi Rəcəbli: “Azərbaycanda kasıblıq, işsizlik 5 faiz həddinə düşüb”

Hadi Rəcəbli: “Azərbaycanda kasıblıq, işsizlik 5 faiz həddinə düşüb”
“İşsizliyin azaldılması üçün iri işəgötürənlərlə birgə tədbirlər görülür”
Çoxsaylı iş yerlərinin yaradılması ilə yanaşı, son vaxtlarda iş yerlərinin bağlanması hallarının da baş verdiyinin şahidi oluruq. Lakin dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, qeyri-neft sektorunun inkişafını, özəl sektorun genişlənməsi, yeni iş yerlərinin açılması, əmək bazarında işçi qüvvəsinə tələbin artmasını tənzimləyən tədbirlərin həyata keçirilməsi inkişaf sayıla bilər”.

Bu açıqlama ilə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliçıxış edib.

H.Rəcəbli bildirib ki, işsiz və işaxtaran şəxslərin işlə təmin olunması üçün artıq iri işəgötürənlərlə birgə tədbirlər görülməyə başlanılıb: “Vakant iş yerlərinin yaradılması, həmçinin haqqı ödənilən ictimai işlərin təşkil olunması üçün işlər həyata keçməkdir. Bundan başqa, bütün bölgələr üzrə əmək yarmarkaları təşkil olunub. Ölkənin 2016-2025-ci illər üzrə Məşğulluq Konsepsiyası layihəsinin hazırlığına başlanılıb. Layihədə ölkəmizdə müsbət demoqrafik meyllər, əhalinin artımı nəzərə alınmaqla yeni iş yerlərinin daim artırılması əsas hədəflərdən biri kimi müəyyən olunacaq. Əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi, sahibkarlığın inkişafı, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinin önə çəkilməsi, rəqabətli kadr potensialının yaradılması, peşə-ixtisas təhsilinin əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşması, işdə icbari sığorta sisteminin tətbiqi və s. zəruri tədbirlər Konsepsiyada əksini tapacaq. Sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etməsinə də önəm veriləcək, çünki bu amil də məşğulluq siyasətində çox vacib rola malikdir. Bu gün bazarın qorunması, yeni iş yerlərinin açılması, sosial durumu aşağı olan insanların rifah halının yaxşılaşması və digər məsələlər hər an nəzarətdə saxlanılır. İnsanların problemlərinin həll edilməsi, orta və kiçik sahibkarlığın inkişaf etməsi, iş yerlərinin yaranmasının vacibliyi, sahibkarların dəstəklənməsi başlıca məsələ kimi irəli sürülüb. Ölkədə sahibkarlara şəraitin yaradılması, onun daxildə məhsul istehsal etməsi üçün imkan verilməsi üçün dövlətin direktiv qanunları, güzəştli kreditlər, aqrar bölmənin inkişaf etməsinə kömək etmək və s. gündəmdə duran vəzifədir”.

Millət vəkili bildirir ki, Azərbaycanda kasıblıq, işsizlik 5 faiz həddinə düşüb: “Ölkələr var ki, 13 faizdir. Bu günləri monopoliyanın qarşısının alınması, korrupsiyaya qarşı mübarizə, gömrükdə görülən işlər, vergi ilə bağlı görülən işlər, əmanətlərin sığortalanması və digər məsələlərin kökündə yenə də vətəndaşların mənafeyi durur. Şərait bu gün tələb edir ki, hər kəs öz bildiyi sahədə çalışıb, özünü və ailəsini təmin etməlidir. Dövlətimiz hər zaman halal zəhmətlə çalışan insanların yanındadır”.

OXŞAR XƏBƏRLƏR

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....