21 yaşlı gənc balıq “damba”sında boğuldu

21 yaşlı gənc balıq “damba”sında boğuldu

 

 

Salyan rayonun Boranıkənd kəndində gənc oğlan balıq saxlanan süni göldə boğularaq ölüb.




Sfera.az saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 1995-ci ildə anadan olmuş Rzayev Zamin İslam oğlu "damba”da çimərkən suda batıb.

Mərhumun cəsədi onunla birlikdə çimməyə gəlmiş yoldaşları tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılılb.


OXŞAR XƏBƏRLƏR