Türkiyədə zəlzələ oldu
21:00 / 21.09.2021
1269
Türkiyənin Tokat şəhərində 4,3 bal gücündə zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Saat 19:09-da meydana gələn zəlzələnin dərinliyi 14,35 kilometr olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.