Faktiki hava şəraiti açıqlandı

Faktiki hava şəraiti açıqlandı
Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məluamta görə, iyulun 27-si axşamdan 29-u səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, yağan lintensiv və güclü yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qabırrı-Kəsəmən (Şəmkir), Qanıx çaylarında sululuq artmış, bəzi dağ çaylarından sel keçmişdir. Ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsmişdir.

Yağıntının toplam miqdarı: Ləzədə (Qusar) 65 mm (aylıq normanın 218 %-i), Balakəndə 49 mm (aylıq normanın 63 %-i), Zaqatalada 44 mm (aylıq normanın 60 %-i), Şahdağda 42 mm, Oğuzda 38 mm (aylıq normanın 57 %-i), Qazaxda 35 mm, (aylıq normanın 110 %-i), Kişçayda (Şəki) 35 mm (aylıq normanın 58 %-i), Şəkidə 34 mm (aylıq normanın 56%-i), Qusarda 30 mm (aylıq normanın 110%-i), Lənkəranda 28 mm (aylıq normanın 201%-i), Lerikdə 25 mm (aylıq normanın 151%-i), Astarada 23 mm (aylıq normanın 69%-i), Sarıbaş (Qax) 23 mm, Qrızda 22 mm, Quba, Xınalıqda 17 mm, Qəbələdə 15 mm, Nabranda 14 mm, Ağstafada 12 mm, Tovuz, Qax, Gəncədə 10 mm, Ceyrançöldə 9 mm, Tərtərdə 7 mm, Şəmkir, Şərurda 5 mm, Mingəçevir, Xaçmazda 4 mm, Şabran, Yardımlı, Yevlaxda 3 mm, Qax, Gədəbəy, Ağdərə (Ordubad), Göygöl, İsmayıllı, Bərdə, Şahbuzda 2 mm, Daşkəsən, Sədərək, Xaltan, Naxçıvan, Şamaxı, Qobustan, Naftalan, Salyan, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Beyləqan, Cəfərxan, Salyan, Maştağa, Bakıda 1 mm-dək olmuşdur.

Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plan kəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağmışdır.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Salyanda 23 m/s, Naftalanda 22 m/s, Şirvanda 21 m/s, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvan, Hacıqabulda 18 m/s, Şabranda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Pirallahı, Çilov adasında 29 m/s, Neft Daşlarında 28 m/s, Qum yataqda 26 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.0 metrə çatıb.

İyulun 29-u səhər saatlarından şimal-qərb küləyi 8-13 m/s-dək mülayimləşib.

Qeyd: İyulun 29-u gündüz, 30-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.


OXŞAR XƏBƏRLƏR

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...