Azərbaycanda nə qədər işsiz var?

Azərbaycanda nə qədər işsiz var?
2021-ci ilin iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin 6,64 faizi işsizdir. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, bu tarixdə 5,28 milyon nəfər iqtisadi fəal əhali olub. Onun 4,929 milyon nəfərini məşğul əhali, 350 min nəfərini işsiz əhali təşkil edib.

Ölkəmizdə işsizlik səviyyəsi ən yüksək həddə 2020-ci ilin sonunda yüksəlmişdi. Həmin tarixdə iqtisadi fəal əhalinin 7,16 faizi və ya təxminən 370 mini işsiz idi. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR