2021-ci il Türkiyənin inkişafında yeni bir sıçrayış dövrü olacaq

2021-ci il Türkiyənin inkişafında yeni bir sıçrayış dövrü olacaq
Bu il Türkiyənin iqtisadi inkişafında yeni sıçrayış dövrü olacaq.

Sfera.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü videokonfrans vasitəsi ilə Dəclə çayı üzərindəki "Hasankeyf-2” körpüsünün açılış mərasimində deyib.

Türkiyə prezidenti Dəclə çayı üzərindəki körpünün inşasına 439 milyon türk lirəsi ( 92 milyon 936 min 300 manat) xərcləndiyini söyləyib. 

Qeyd olunur ki, 1001 metr uzunluğundakı körpü, Türkiyənin cənub-şərqindəki yeni Batman-Midyat yolunun vacib bir həlqəsidir və ölkədəki ən uzun körpülərdən biridir.

R.T.Ərdoğan öz çıxışında Türkiyəyə qarşı olan qüvvələrin fəaliyyətlərinə də toxunub:

"Ölkəmizi xaos və böhranlara qərq etmək istəyən, Türkiyənin inkişaf tempinin yavaşlayacağına ümid edən antitürk dairələrinin planlarının həyata keçirilməsinə icazə verməyəcəyik”.

Türkiyə Prezidenti son onilliklər ərzində Türkiyədəki hava limanlarının sayının 26-dan 56-ya yüksəldiyinə də diqqət çəkib.

"Türkiyəyə səfər edən əcnəbilər, ölkəmizin yollarının və körpülərinin keyfiyyətini, hava limanlarında xidmət səviyyəsindən heyranlıqla danışırlar. Vətəndaşlarımız artıq tibbi xidmətlər üçün xaricə səyahət etmirlər. Tam əksinə, hər il yüz minlərlə əcnəbi müalicə üçün Türkiyəyə gəlir”, - Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan Türkiyə hökumətinin koronavirus infeksiyası ilə mübarizə səylərinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini və Qərb mediasında nümunə olaraq göstərildiyini qeyd edib:

"Dünyanın 100-ə yaxın ölkəsində yaşayan sakinin peyvəndin birinci dozasına belə əlləri çatmadığı bir halda, Türkiyədə artıq 20 milyon doza vaksindən istifadə edilib”.

OXŞAR XƏBƏRLƏR

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...