Prezident onu təltif etdi - SƏRƏNCAM
Cəmiyyət
18:00 / 08.08.2020
6358
Prezident İlham Əliyev Ş.M.Muradovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahbaz Musa oğlu Muradov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.