Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 30-da 43,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.



OXŞAR XƏBƏRLƏR