Yol polisindən XƏBƏRDARLIQ

Yol polisindən XƏBƏRDARLIQ
 DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Sfera.az xəbər verir ki, müraciətdə deyilir:

Ölkədə karantin rejimi elan olunmasının ikinci günü olmasına baxmayaraq, təəssüflər olsun ki, respublikanın avtomobil yollarında, xüsusilə də cənub istiqamətində nəqliyyatın hərəkət intensivliyinin hələ də yüksək olması, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan şəxslərin idarə etdiyi 2000-dək, rayonlardan isə paytaxt istiqamətinə gələn 1200-dək minik avtomobillərinin geri qaytarılması faktı bəzi vətəndaşların tətbiq edilmiş karantin rejiminin ciddiliyini nəzər almamalarını göstərir.

Həmin sürücü və sərnişinlərlə profilaktiki söhbət aparılsa da geri qaytarılmış şəxslər postlardan təkrar keçməyə cəhd göstərir, əsassız bəhanələr gətirməklə postlarda sıxlıq yaranamsına səbəb olur, keçidinə icazə verilmiş digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırlar.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən infeksiyanın yayılma ehtimalının minimuma endirilməsi məqsədilə ölkə vətəndaşlarının qeydiyyat yerindən asılı olmayaraq evdə qalmaları tövsiyə olunsa da Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatı olmayan şəxslərin uzun məsafə qət edərək həmin ərazilərə daxil olmaq niyyəti ilə paytaxt istiqamətinə gəlmələri, habelə həmin rayon və şəhər sakinlərinin də rayonlara getmək istəyi yalnız onların özlərinin və sərnişinlərinin əziyyət çəkməsi, lüzumsuz vəsait xərclənməsi və geriyə qayıtmaq məcburiyyətində qalmaları ilə nəticələnir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından xahiş edir ki, istər paytaxt, istərsə də rayon istiqamətinə getmək istəyən şəxslər qəbul olunmuş qaydalara riayət etsinlər. Əks təqdirdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...