Maraqlı

Putinin avtoqrafı hərracda 340 min rubla satıldı

Putinin avtoqrafı hərracda 340 min rubla satıldı
 

Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada hərrac zamanı 340 min rubla (5 min dollardan çox) satılıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, həmin avtoqrafı V.Putin 2001-ci ilin sentyabrında yazıçı Valentin Zorinə kitabının qarşılığında vermişdi.

Bundan başqa, hərrac zamanı "Taxt-tac oyunları" kitabının müəllifi Corc Martinin imzası 15 min rubla (233 dollar) satılıb.

Kosmonavtlar Yuri Qaqarin, Valentina Tereşkova, isveçli uşaq yazıçısı Astrid Lindqrenin avtoqrafları da satılan imzalar arasında yer alıb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930