Seçki ilə bağlı Salyandan son xəbər

Seçki ilə bağlı Salyandan son xəbər
Salyanda fevralın 8-dən 11-dək asayişin və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin gücləndirilmiş iş rejiminə keçirilib və çevik polis alayını rayona yerləşdirmişdi.
Maraqlıdır, rayonda hazırda vəziyyət necədir? Seçki posesində hər hansı qarşıdurma yaxud da insident yaşanır?  
 
Sfera.az xəbər verir ki, rayondakı vəziyyət barədə Modern.az-a danışan Salyan rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov sakitliyin olduğunu bildirib:
"Rayon daxilində heç bir qarşıdurma yaxud da insident yaşanmır. Seçki prosesi də tam qaydası ilə davam edir. Hər iki dairədə aktivlik müşahidə olunur. İnsanların səsverməyə marağı yüksəkdir”.
Xatırladaq ki, bir neçə gün əvvəl rayonda deputatlığa namizədlər Fəzail Ağamalı ilə Kamil Musavi arasında qarşıdurma baş vermişdi.

OXŞAR XƏBƏRLƏR