Bu avtobuslar Bakıda sərnişin sıxlığını aradan qaldıracaq - RƏY

Bu avtobuslar Bakıda sərnişin sıxlığını aradan qaldıracaq - RƏY
 

Bakı şəhərində sərnişindaşıma sahəsində təxminən 2200 avtobus xidmət göstərir. Avtobus parkının yenilənməsi və bu sayın artırılması üçün 300 yeni avtobus gətirilib və mərhələli şəkildə xəttə buraxılacaq.

Həmin avtobusların 20 ədədi 18 metr, qalanı isə 12 metrlikdir.

Sfera.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Azər Allahverənov uzunluğu 18 metr olan avtobusların hər hansı zaman kəsiyində və bir marşrut daxilində daha çox sərnişin daşımaq iqtidarında olduğunu bildirib:

"Hər hansı marşrut üzrə iritutumlu avtobusların istifadəsi sərnişinlərin ehtiyacını ödəmiş olursa, bu zaman həmin marşrutlarda fəaliyyət göstərən avtobusların sayında müəyyən azalmalar edilə bilər. Belə ki, sərnişin sıxlığı çox olan xətlərdə bir neçə avtobus buraxmaqdansa, iritutumlu bir avtobusu xəttə buraxıb sərnişinlərin eyni vaxtda və rahatlıqla mənzil başına çatmasını təmin etmək mümkündür.Təbii ki, burada əsas məqsəd sərnişindaşıma imkanını artırmaqdır. Uzunluğu 18 metr olan avtobusların sərnişin tutumu böyük olduğundan daha çox sərnişinlərin daşınmasına səbəb olacaq. Buna görə də bu avtobuslar xəttə buraxılarkən həmin ərazidəki sərnişin sıxlığı da nəzərə alınacaq".

Təbii olaraq, sözügedən avtobusların rahat şəkildə hərəkəti üçün imkanlar olmalıdır və onların çoxzolaqlı, geniş küçə və prospektlərdə istismarı nəzərdə tutulub. Eyni zamanda həmin ərazilərdə yaşayan əhalinin sayı, sərnişinlərin intensivliyi, ictimai nəqliyyatdan istifadə edən insanların sayı da nəzərdən keçirilir. Təhlükəsizlik məsələləri və sərnişindaşımanın komfortlu olması da əsas şərtdir.

Lakin bu, o demək deyil ki, sayı azaldılan avtobuslar tamamilə kənarlaşdırılır. Həmin avtobusların daha çox cəlb ediləcəyi marşrutlar nəzərdən keçirilir. Şübhəsiz ki, Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı daşıyıcı şirkətlər ilə danışıqlar aparır. (finans.az)


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...