Tahir Kərimli: \"Özümə pul yığmayacamsa, neynirəm o deputatlığı...\" - VİDEO

Tahir Kərimli: \

Bildiyiniz kimi, növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir.

 

Kampaniya gedişatında artıq deputatlığın ləzzətini dadmış, imtiyazlarından yetərincə istifadə etmiş, bu üzdən yenidən deputat olmaq sevdasına düşən bir qisim namizədin özbaşınalığı, eyni dairədən namizədliyi irəli sürülən şəxslərə(xüsusilə də gənclərə) qarşı hörmətsiz davranışı, təhdid, təhqir gücünə onları namizədliklərini geri götürməyə vadar etmək cəhdləri haqda məlumatlar alırıq. Əlaqələrindən sui istifadə edən belə namizədlərdən biri də 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürən Tahir Kərimlidir.

 

Sfera.az-a oxuculardan biri tərəfindən göndərilmiş videoda isə Tahir Kərimli özünü ifşa edir. Belə ki, namizəd seçicilərlə görüşdə "özümə pul, var-dövlət yığmayacamsa deputatlığı neynirəm" açıqlamsı ilə diqqət çəkib. Həmin görüntünü təqdim edirik:



 

Bundan əlavə, əldə etdiyimiz məlumata görə, sosial şəbəkələrdə Ağsu-İsmayıllı seçki dairəsinddən olan namizədləridəstəkləyən seçicilərə də açıq-aşkarhədə-qorxu gəlinir. Bütün bunlar Ağsuda münaqişəyə, qarşıdurmaya aparır. Vaxtındda qarşısı alınmasa, nəticə yaxşı olmayacaq.

 

Tahir Kərimli ilə eyni dairəddən namizəd olan Hidayətiv Cəmil Mütəllim oğlu Sfera.az saytına bilddirib ki, artıq bir neçə günddür ki, Tahir Kərimlinin adamları ona zəng vurub hədə-qorxu gəlirlər, namizədliyini geri götürməyi tələb edirlər.

 

 

Sfera.az öz namizədini dəstəklədiyinə görə Ağsu İcra Hakimiyyətinin nümayəndəsi Araz Rəhimovun qohumu Niyaməddin Rəhimov tərəfindən döyülərək yatağa salınan Kərimov Ramil Nadir oğlu ilə bağlı video görüntünü sizə təqdim edir:





OXŞAR XƏBƏRLƏR