Naxçıvani seçiciləri Azay Quliyevi coşqu ilə qarşıladılar – FOTOLAR/VİDEO

Naxçıvani seçiciləri Azay Quliyevi coşqu ilə qarşıladılar – FOTOLAR/VİDEO
Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Naxçıvani küçəsinin sakinləri ilə görüş keçirib. Görüşdə 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri olan şair Zakir Fəxri, akademik Hətəm Quliyev, Qarabağ qazisi polkovnik İntiqam Mirzəyev, maestro Ceyhun İsmayılov və digər tanınmış şəxslər çıxış edib.

Seçicilərin hərarətlə qarşıladığı Azay Quliyev ötən 4 ildə ona ünvanlanan müraciətlərin hamısını diqqətdə saxladığını deyib və onların həlli üçün gördüyü işlər barədə hesabat verib. Azay Quliyev ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsində tətbiq olunan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və vətəndaşlar üçün yaratdığı üstünlüklər haqqında danışıb.

Daha sonra seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını bildirib. Azay Quliyev seçki qərargahının ofisinin hər gün tezdəndən axşamadək açıq olduğunu və bütün müraciətlərin könüllülər tərəfindən e-kabinetdə qeydiyyata alındığını vurğulayıb. Azay Quliyev seçicilərin ona göstərdiyi etimadı bundan sonra da doğruldacağını bildirib.

Şair, publisist Zakir Fəxri Azay Quliyevin beynəlxalq təşkilatlarda Qarabağla bağlı gördüyü işlərin böyük əhəmiyyətə malik olduğunu deyib. Z. Fəxri seçicilərini ləyaqətli təmsil edən Azay Quliyevə yenidən səs verəcəklərini bildirib.

Akademik Hətəm Quliyev Azay Quliyevin deputat fəaliyyətini yüksək qiymətləndirdiklərini və 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicisi olan ziyalıların fevralın 9-da böyük həvəslə ona səs verəcəklərini deyib. Akademik e-kabinetin tətbiqinin deputat-seçici münasibətlərində inqilabi yenilik olduğunu bildirib.

Video Oynadıcı
 
 

 

















OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...