Dünya bazarlarında təbii qaz ucuzlaşıb
11:00 / 21.01.2020
1402
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Sfera.az xəbər verir ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,41% azalaraq 1,933 ABŞ dolları təşkil edib.