Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
 

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a  verilən məlumata görə, gecə və səhərbəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturugecə 3-6° isti, gündüz8-10° isti,Bakıdagecə 4-6° isti, gündüz8-10° isti olacaq.

 

Atmosfertəzyiqi normadan yüksək 767 mmcivə sütunundan 764 mm civə sütununa enəcək.Nisbi rütubətgecə 80-90 %, gündüz 60-70% olacaq.

Yanvarın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabah Azərbaycanın rayonlarındahava əsasən yağmursuz olacaq. Bəziyerlərdə duman olacaq.Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz7-12°isti,dağlarda gecə 5-10° şaxta, gündüz1-6° isti olacaq.


OXŞAR XƏBƏRLƏR