2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir

2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir
Bu gün dünyada böyük problemlərdən biri işsizlikdir və 2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir.
 
Bunu Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında Oksford Universitetinin professoru Daniel Susskind deyib.

Professorun sözlərinə görə, bu problemin kökündə isə elm və texnologiyanın sürətli inkişafı və onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:
"Çünki texnologiyalar inkişaf etdikcə işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür”.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təmsilçisi Xoloud Alxadi də konfransda çıxışı zamanı dünyada işsizlik problemi məsələsinə toxunub. Onun sözlərinə görə, bu gün dünya üzrə işsizlik həddi artıq 63 faiz səviyyəsindədir.

X.Alxadi bildirib ki, bu rəqəm bəzi ölkələrdə daha yüksəkdir. BƏT təmsilçisi qeyd edib ki, xüsusilə gənclərin iş tapması ilə bağlı ciddi problemlər var: "Onların çoxu işsizdir. Ona görə də dünyanın qarşısında bu məsələ çox ciddi və aktual problem olaraq dayanır. Bu problemlərin, xüsusən də gənclərin işsizlik probleminin aradan qaldırılması yönündə daha ciddi addımlar atılmalı, böyük layihələr icra edilməlidir”./Trend

OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...