2020-ci ildə Azərbaycanı nə gözləyir? – PROQNOZ

2020-ci ildə Azərbaycanı nə gözləyir? – PROQNOZ


"2020-ci ildə Azərbaycanixracatında qeyri-neft sektorunun payı artmaqda davam edəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri üzümüzə gələn ilin iqtisadi gözləntilərini dəyərləndirərkən iqtisadçı ekspert Ruslan Atakişiyev deyib: "Vergi Məcəlləsinə edilən dəyişikliyə uyğun olaraq 2020-ci ildə vergi sahəsində şəffaflığın daha da artması gözlənilir. Minimum əmək haqlarının 2018-ci ilə nisbətən iki dəfə qalxdığını görürük. Cari ildə bu addımın bütün müəssisələrdə tətbiqi genişlənəcək. Ölkədə baş verən struktur islahatlarının nəticəsi olaraq gələn ildə "Milli Məclisdə "Rəqabət Məcəlləsi”nin nəhayət müzakirə və qəbul olunacağını görə bilərik”.


Növbəti ildə ekspertə görə, Azərbaycanda sahibkarlıq mühiti daha liberal şəkil alacaq: "Həmçinin, sahibkarlıq mühitinin daha da liberallaşdırılması istiqamətində işlər aparılacaq. Növbəti ildə habelə, dövlətin sosial proqramları ilə əlaqədar olaraq elektron xidmətlərin daha da təkmilləşməsini və həyata keçməsi sahəsində artıq ünvanlılığın təmin edilməsinin daha da sürətlənəcəyini görə bilərik. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi nəticəsində onun səhiyyə sistemində əsaslı təsirləri də müşahidə ediləcək.

 

 

Ölkəmizin ixrac potensialının artırılması ilə bağlı bu dövrə qədər aparılan bir sıra islahatlardan asılı olaraq 2020-ci ildə qeyri-neft sektorunun payının daha da artması gözlənilir. Ölkədə sahibkarlığın maliyyə təminatı, kreditləşməsi sahəsində, bankların kredit faizlərini aşağı salması istiqamətində artıq işlər gedir və üzümüzə gələn ildə bu proseslər daha da intensivləşəcək. Aqrar sahəyə müştərək sığortanın tətbiq olunması kənd təsərrüfatının kreditləşməsi həcminin artmasına gətirib çıxaracaq”.

 

 

Elçin

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...