Cəmİyyət

İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb
 

İstirahət günləri üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a  verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031