Prezident Sərəncam İmzaladı
17:00 / 13.12.2019
1914
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb.
Sfera.az bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilsin.
Prezident Administrasiyası 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlamalı və onun həyata keçirilməsini təmin etməlidir.