Bakı metrosunda qorxulu anlar - VİDEO
10:28 / 12.12.2019
1365
Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb.
Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platformya çıxarılıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Polis vətəndaşı çıxarıb".