Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Cəmiyyət
10:50 / 14.11.2019
3131
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.
Sfera.az bildirir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, əvvəlki rəis, polis mayoru Həsənov Eldəniz Maksim oğlu bir müddət əvvəl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub. (Report)