Vilayət Eyvazovdan daha bir təyinat

Vilayət Eyvazovdan daha bir təyinat
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Sfera.az "Report"a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə polis polkovniki Əsgərov Nəzər Xanış oğlu Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, N.Əsgərov 2017-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərancamla "Vətən uğrunda" medalı ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR