Kemal Sunalın ailəsində ağır itki

Kemal Sunalın ailəsində ağır itki

Türkiyənin "Şaban”ı – mərhum gülüş ustası Kemal Sunalın ailəsində itki baş verib.

"Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyorun qaynanası vəfat edib. Bir müddətdir reanimasiyada olan qadın 92 yaşında həyata gözlərini yumub.

Kemal Sunalın oğlu Ali Sunal sosial şəbəkədə nənəsinin vəfat etdiyini bildirib. O fotoya "Sağ ol, nənəm, məkanın cənnət olsun…” – deyə şərh verib.


OXŞAR XƏBƏRLƏR