Vilayət Eyvazovdan yeni - TƏYİNAT
15:24 / 18.10.2019
5090
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. (oxu.az)