Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır
10:10 / 11.10.2019
1440
Kapital Bank 10–12 oktyabr 2019-cu il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin ("EduExpo”) rəsmi tərəfdaşıdır. Bu ilki sərginin fərqləndirici
xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.
Tədbir zamanı Kapital Bank, Təhsil Nazirliyinin "Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən "Təhsil
Avtobusu – 2019 Nəsimi ili” layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb. Mükafat, təhsil nazirinin müavini
Məhəbbət Vəliyeva tərəfindən, Kapital Bank-ın Marketinq departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Pərviz Sədrəddinova təqdim edildi.
Sərgi dünyanın 22 ölkəsindən 150 iştirakçını bir araya gətirib. Beynəlxalq Təhsil Sərgisində hər il olduğu kimi aparıcı
ali təhsil müəssisələri, o cümlədən, orta ixtisas təhsil müəssisələri və ixtisasartırma mərkəzləri iştirak edirdi. Təhsil
sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır.
Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı
mövzulara dair mühazirələr daxil edilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.