21 yaşlı qıza göz nəql edildi - İşığı ilk dəfə gördüm! - VİDEO

21 yaşlı qıza göz nəql edildi - İşığı ilk dəfə gördüm! - VİDEO
21 il sonra sonra ilk dəfə gözləri görən qız hər kəsi kövrəldib.

Medicina.az bildirir ki, Türkiyənin Bursa şəhərində yaşayan və anadangəlmə gözləri görməyən Ayşe adlı gənc qıza göz nəqli edilib. Gözləri açılan kimi onun verdiyi reaksiya və həkimini qucaqlaması isə hər kəsi həyəcanlandırıb.

"Bu hisləri yaşamağıma səbəb olan hər kəsdən Allah razı olsun. 21 ildir dünyanı görmürdüm. İlk dəfədir bir işıq görürəm. Sanki başqa bir dünyaya gəlmişəm. Məktəbə gedə bilmirdim. Bundan sonra oxumaq istəyirəm. Özümə yeni bir gələcək qurmaq istəyirəm. Görəndə çox fərqli hislər keçirdim. İnsanın onu dünyaya gətirən ana-atasının kim olduğunu görməsi necə gözəl hisdir".

 

Həkimin sözlərinə görə, 21 yaşlı qıza kornea transplantasiyası həyaya keçiriblər. Onunla bərabər qıza başqa bir əməliyyat da edilib. Əməliyyatdan  sonra xəstə görməyə başlayıb. Əməliyyat ölmüş bir şəxsin bağışladığı göz toxumaları ilə mümkün olub. Bundan sonra onun görməsini artırmaq üçün bəlkə eynək istifadə etməsi lazım olacaq.

Qeyd edək ki, kornea transplantasiyası  şəffaflığını itirmiş ya da forması pozulmuş kornea toxumasının müəyyən böyüklükdə dairəvi şəkildə çıxarılaraq yerinə vəfat etmiş birindən götürülən və uyğun miqyasda kəsilərək hazırlanmış sağlam kornea toxumasının yerləşdirilməsi prosesidir. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...