Cəmİyyət

Siz polis və digər dövlət orqanları tərəfindən saxlanıldıqda nələri bilməlisiniz?

Siz polis və digər dövlət orqanları tərəfindən saxlanıldıqda nələri bilməlisiniz?
İlk növbədə polisə çağırılarkən mütləq vəkillə getməyiniz məsləhətdi. Əgər vəkiliniz yoxdursa aşağıdakıları YADDA SAXLAMALISIZ:
-Polisə telefonla çağırılarkən həmin şəxsin özünü təqdim etməsini, nə ilə əlaqədar və hansı polis idarəsinə çağırıldığınızı dəqiqləşdirməlisiniz; 
-Polis orqanına daxil olduğunuz vaxtı yadda saxlamalısınız.
-Tutulduğunuz halda tutulma haqqında və ya qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətini tələb etməlisiniz,
-Tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və oradakı qeyd yerinə müvafiq qeydlərinizi yazmaq imkanınız var (yəni, etirazınızı, verdiyiniz ifadə ilə yazılanlar arasında ziddiyyətləri və s.); 
-Tutularkən yaxınlarınıza və qohumlarınıza xəbər vermək hüququnuzdur,
-Özünə və yaxın qohumlarınıza qarşı ifadə verməkdən (izahat) və ya ümumiyyətlə ifadə verməkdən imtina edə bilərsiz;
-Ana dilində və ya bildiyiniz başqa dildə, hətta tərcüməçinin köməyindən pulsuz istifadə etməklə ifadənizi verə bilərsiz;  
-Etirazlar etmək və vəsatətlər vermək Sizin hüququnuzdur.
Müdafiəçi qismində seçdiyiniz vəkil varsa o gələnədək  (6 saatdan gec olmamaqla )heç bir istintaq hərəkəti aparılmamalıdır. 
Eyni zamanda bilməlisiniz ki, cinayət işinin başlanmasına  dair qərar  tutulduğunuz andan  24 saat keçənədək  qəbul olunmazsa, polis və digər dövlət orqanları tərəfindən azad edilməlisiniz. Bunu da qeyd edim ki, azad olunmuş şəxs həmin şübhəyə görə yenidən tutula bilməz.
48 saat keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o məhkəməyə gətirilməli, məhkəmə təxirəsalmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarılmalıdır.
Şəxsin qanunsuz tutulması cinayət məsuliyyətinə səbəb olur. Siz qanunsuz tutulma ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və əgər dövlət orqanında tutulma zamanı zorakılıq, işgəncəyə məruz qalmısınızsa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) qaynar xəttinə də (050-370-98-96) müraciət edə bilərsiniz.
 
Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031