Yapı Kredi Bank Azərbaycan vakansiya elan edir
Daxili Nəzarət və Komplayns departamenti
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə
iş təcrübəsi;
- Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından,
habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi,
və s) aidiyyəti üzrə məlumatlı olmalıdır;
- Azərbaycan dilini mükəmməl, türk və ingilis dillərini yaxşı səviyyədə bilənlərə
üstünlük verilir;
- Sertifikatlı Daxili Auditor olmaq və ya bu imtahana başlamaq üstünlük
sayılır;
- Yaradıcı yanaşmaya malik olmaq və ünsiyyət qurmaq qabiliyyəti vacibdir.
Funksional Öhdəliklər:
- Bank aktivlərinin qorunması və cari əməliyyatların
səmərəli idarə edilməsinə yönələn nəzarət fəaliyyətinin həyata keçirilməsi;
- Günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində
aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların
aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi, Daxili
nəzarət və komplayens departamentinin müdirinin məlumatlandırılması;
- Bankın filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin
təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.
Namizədlər özləri haqda məlumatı (CV) [email protected] bu ünvana göndərə bilərlər.