Cəmİyyət

İlham Əliyevin nəvəsi aparıcılıq edəcək

İlham Əliyevin nəvəsi aparıcılıq edəcək

Azərbaycan prezidenti İlham Əliyevin nəvəsi Əli Ağalarov atası Emin Ağalarovun Bakıda təşkil etdiyi "Jara" musiqi festivalında "Festivalın gündəliyi"ni çəkəcək.

Sfera.az "Baku.ws"ə istinadən xəbər verir ki, 12 yaşlı Əli bu barədə sosial şəbəkədə məlumat yayıb.

O, bütün festival ərəfəsində qırmızı xalıdan, kulis arxasından maraqlı videoreportajlar, eləcə də ulduzlarla müsahibələr hazırlayıb təqdim edəcək.

Qeyd edək ki, "Jara" musiqi festivalı 25 — 28 iyul tarixlərində keçiriləcək.

Əli Ağalarov Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın və xalq artisti Emin Ağalarovun oğludur. 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031