Təhsİl

Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

 

Kapital Bank "Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində "Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Layihə ilə bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Layihə 29 iyul 2019-cu il tarixinədək davam edəcək.

 

"Təhsil avtobusu – Nəsimi” adlı Yay Məktəbi Qusar, Astara, Cocuq Mərcanlı, Qazax, Şamaxı və Bakı şəhərləri üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.

 

Qeyd edək ki, "Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031