Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı – Video

Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı – Video
Rusiyanın Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslara qarşı işgəncələri əks etdirən daha bir videogörüntü yayımlanıb, faktla bağlı cinayət işi qaldırılmayıb.

Bu barədə "Novaya qazeta” məlumat yayıb. Videokadrlardan da görünür ki, dustaqxana əməkdaşları məhbuslara qarşı "tərbiyəvi tədbirlər” həyata keçirirlər. Daha sonra isə cəzaçəkmə müəssisəsinin rəhbəri İqor Zabodalova məruzə edilir. Videogörüntülər 2016-cı ilin fevralında qeydə alınıb.

Adıçəkilən istintaq təcridxanasında vaxtilə cəza çəkmiş keçmiş məhkum Ruslan Vaxapovun sözlərinə görə, həbsxana işçiləri ilə 12 saylı kameranın məhbusları arasında münaqişə yaranıb. Buna səbəb dustaq Andrey İvanovun rəhbərliyə şikayət etməsi olub: "Dustaq yoldaşları hamısı Andreyin müdafiəsinə qalxdı. Həbsxana əməkdaşları dəyənəkləri işə saldılar”.

Digər kadrlarda həbsxana rəhbəri İqor Zabodalovun telefonda güc tətbiq edilməsinin vacibliyi ilə bağlı Cəzaların İcrası Federal Xidməti İdarəsinə məlumat verməsi əks olunur. İ.Zabodalov daha sonra həmkarlarına zəng vuraraq rəhbərliyə məlumat verdiyini deyir. Həmçinin güc tətbiqi ilə bağlı hıəmkarlarının məhbusları "üç” və "beş”ə uyğun cəzalandırıldığını xatırladır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...