Dünya

Ermənistan zülmətə qərq oldu, bütün ölkə işıqsız qaldı

Ermənistan zülmətə qərq oldu, bütün ölkə işıqsız qaldı

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan özünün Facebook səhifəsində bütün ölkə boyu elektrik enerjisinin kəsilə biləcəyi haqda xəbərdarlıq edib. Avinyan təsdiq edib ki, Yerevan İstilik Elektrik Stansiyasında və Razdan İES-in enerji blokunda qəza baş verib.

"Hazırkı məqamda bizim energetika sistemində qəza baş verib. "Yerevan” İES  bütünlüklə və "Razdan” İES-in beşinci bloku dayanıb. Bütün respublika üzrə elektrik enerjisinin kəsilməsi mümkündür. Problemi saat 19.00-a qədər aradan qaldırmaq üçün işlər aparılır”,-o bildirib.

"Sputnik Ermənistan” əlavə edir ki, tunellərdə qalmış metro vaqonlarından sərnişinlər təxliyə edilib.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30