Ramazan ayının ilk gününün – DUASI VƏ TƏQVİMİ

Ramazan ayının ilk gününün – DUASI VƏ TƏQVİMİ

Bu gecə mübarək ramazan ayının niyyət gecəsidir. Sabah azərbaycanlı müsəlmanlar ilk oruclarını tutacaqlar.

Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi Ramazan Təqviminə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.

"İlahi, bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı”.

 

Sfera.az müqəddəs Ramazan ayının 1-ci gününün təqvimi və duasını təqdim edir. 

01 ramazan 1438 – 6 may 2019

İmsaq: 03:57
İftar: 19:56

Birinci günün duası:

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

 




OXŞAR XƏBƏRLƏR