Sİyasət

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sfera.az xəbər verir ki, sərəncamda deyilir:

1. On doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon (üç milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031