Wi-Fi kodu sındırılanlar: bu yazını mütləq oxuyun - VİDEO

Wi-Fi kodu sındırılanlar: bu yazını mütləq oxuyun - VİDEO
Wi-Fi  kodunun sındırılması adi hal olub. İndi hamı bu olaydan şikayətçidir. Öz qonşusuna könüllü kodu deməyən, bir də onda gözünü açır ki, kodunu bütün qonşular bilir. Evdə Wi-Fi olanlar, diqqətiniz bizdə olsun. 

Sfera.az atv.az-a istinadən bildirir ki, indi bir çoxlarının internet məkanından istifadə zamanı qarşılaşdığı problemlərdən biri də məhz şəxsi Wi-Fi kodlarının sındırılmasıdır.  Belə ki, istənilən şəxs xüsusi proqramlar vasitəsilə mənzillərdə quraşdırılan Wi-Fi kodunu deşifrə edib internetdən sərbəst istifadə edə bilər. Lakin Wi-Fi istifadəçilərinin sayı artdıqca internetin sürəti də azalır.  

Proqramçı bu hallardan sığortalanmanın yollarını izah edir:

Öz şəxsi modeminizi götürürsüz, onun arxasında qeyd olunur ip adresi və onun parolu, brauzerdə, Chrom, Opera, Mozilla və s. kimi brauzerlərdən daxil olub, öz ip adresinizi daxil edirsiz - 192,168,11, daxil olandan sonra ora parol bölməsi gəlir, admin - admin qeyd edirsiz, qeyd etdikdən sonra brodkast-a daxil olub, vareles-dən brodcast-ı no rejiminə keçirdirsiz, keçirtdikdən sonra orada mak adreslər qeyd olunur və hansı ki cihazı işlədirsiz, həmin cihazın mak adresini götürüb bura qeyd edirsiz, göstərilən adreslərə, qeyd olunandan sonra isə yalnız bu adreslərlə Wi-Fi-a giriş edə bilərsiz.    

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzinin aparıcı məsləhətçisi Sevinc Heydərli deyir ki, bu cür halların baş verməməsi üçün ilk növbədə Wi-Fi kodunun yaradılması zamanı daha mürəkkəb şifrə seçilməlidir. Əks halda təhlükə qaçılmazdır.

Qeyd edək ki, bu cür xoşagəlməz hallarla qarşılaşdıqda vətəndaşlardan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1654 çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.
 



OXŞAR XƏBƏRLƏR