“NIKOIL Bank” 2019-cu ilə 3 mln. manatlıq xalis mənfəətlə başladı

“NIKOIL Bank” 2019-cu ilə 3 mln. manatlıq xalis mənfəətlə başladı
 

"NIKOIL Bank” ASC 2019-cu ilin ilk rübündə 3,03 mln. manatlıq xalis mənfəət açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatında deyilir.

2019-cu ilin yanvar-mart ayları ərzində "NIKOIL Bank”ın cəmi faiz gəlirləri 17,99 mln. manat, cəmi faiz gəliri isə 3,92 manat təşkil edib ki, bu da bankın 14,47 mln. manatlıq xalis faiz gəliri əldə etməsi deməkdir.

Bankın qeyri-faiz gəlirləri 1,23 mln. manat, qeyri-faiz xərci isə 6,58 mln. manat təşkil edib. Bununla da kommersiya bankının əməliyyat mənfəəti 9,13 mln. manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,2 faiz bu il daha çox artımın olması deməkdir.

Buna baxmayaraq bank bu il də 6 mln. manatdan çox aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına
ayırmalar edib və nəticədə xalis mənfəəti yuxarıda qeyd olunduğu kimi 3,03 mln. manat təşkil edib. Bu xalis mənfəətdən sonra bankın balansındakı illərin yığılmış zərəri azalaraq 285,44 mln. manata yuvarlanıb.

Bank ard-arda baş vermiş milli valyutanın devalvasiyasından sonra sonuncu dəfə 2017-ci ilin ilk və ikinci rüblərində xalis mənfəət açıqlamışdı.

Ötən ilin yanvar-mart aylarına açıqladığı hesabatda isə əsasən problemli kreditlərin silinməsi hesabına 308 mln. manatlıq zərər etmişdi.

Xatırladaq ki, "NIKOIL Bank” ASC-nin nizamnamə kapitalı 245 mln. manat olmaqla səhmlərinə 93,86% – "Topaz Investments” Şirkəti, 6,00% – fiziki şəxs və 0,14% – "ISR Holdinq” sahibdir.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...