Bürclər bu günə nə vəd edir?

Bürclər bu günə nə vəd edir?
 QOÇ - Ulduzlar digər məsələlər haqqında sussa da, fəaliyyət sahəsində sizi böyük müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, bu istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər.

BUĞA - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də günün ikinci yarısında uzaqgörənliyə ehtiyacınız olacaq.

ƏKİZLƏR - Bəxtinizə inana bilərsiniz. Belə ki, çoxsaylı məqamlarda olduğu kimi bu gün də hansısa probleminiz gözləmədiyiniz halda həll olunacaq. Sevginizi məhdudlaşdırmayın.
 
XƏRÇƏNG - Təxminən saat 14-ə qədər nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranın ki, xəsarət almayasınız. Nahardan sonra isə sevindirici məqamlar mümkündür.

ŞİR - Bütün diqqətinizi ailə məsələlərinə, eləcə də tərəf-müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə başağrınıza səbəb ola bilər. Yersiz hücumlarınızı dondurun.

QIZ - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Hətta ətraf mühitin ürəyinizcə olmaması da sizə mane olmayacaq. Aldığınız təkliflərdən imtina etməyə tələsməyin. Götür-qoy edin.

TƏRƏZİ – Özünüzə çox da güvənməyin. Çünki mövcud durumunuz qürrələnməyə heç bir əsas vermir. Yaxşı olar ki, sadəlik nümayiş etdirəsiniz. Yaxınlarınızın çətinliyinə biganə yanaşmayın.

ƏQRƏB - Ailə-sevgi münasibətlərində müəyyən qanqaraçılığı müşahidə olunacaq. Bunun qarşısını almaq üçün proqnozunuzu oxuyan kimi səbr nümayiş etdirməli, mübahisələrdən uzaq olmalısınız.

OXATAN - Təzə xəbərlər yolunuzu gözləyir. Hətta yeni iş təklifləri alacağınız da mümkündür. Odur ki, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz. Uzaq səfərləri hələlik təxirə salın.

OĞLAQ - Maddi durumunuz müəyyən qədər dirçələ bilər. Bu şərtlə ki, büdcənizə işıq salan bütün instansiyalara üz tutasınız. Gün ərzində oturaq fəaliyyətdən uzaq olmanız məsləhətdir.

SUTÖKƏN - İxtiyarınızda olan bu təqvim qarşınızda böyük öhdəliklər qoyacaq. Yaxın həftə üçün görəcəyiniz işləri konkretləşdirin. Çalışın ki, çıxardığınız qərarlar ədalət prinsiplərinə söykənsin.

BALIQLAR - Bu füsunkar günlə layiqincə davransanız, yaxın perspektivlərinizdə parlaqlıq qazana bilərsiniz. Əsas vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır. Mübahisələrdən yayının.

OXŞAR XƏBƏRLƏR

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasını...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...