Ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərlə bağlı yeni xəbər
19:51 / 02.04.2019
3369
Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.
AZAL-ın "Facebook" səhifəsində yerləşdirilmiş məlumata görə, bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.
Məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizlərini əldə etmək mümkündür.