Sabah bu ərazilərdə işıq olmayacaq
21:01 / 01.04.2019
9453
Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.
Bu barədə Sfera.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Qurum bildirir ki, "Sumqayıt Dəmiryolu İdarəsi" tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.