Ramil Usubovdan yeni təyinat
11:00 / 19.03.2019
2278
Daxili İşlər naziri Ramil Usubov yeni rəis müavini təyin edib.
General-polkovnik Ramil Usubovun əmri ilə, polis mayoru AbdullayevƏbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib. Xəbəri İsmayıllı rayon Polis şöbəsindəntəsdiqləyiblər.
Qeyd edək ki, Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.