Cəmİyyət

Bürclər bu günə nə vəd edir?

Bürclər bu günə nə vəd edir?
 QOÇ – Bahar nəfəsinin duyulduğu bu təqvimdə mənəvi rahatlıq tapmaq sizin üçün o qədər də çətin olmayacaq. Üstəlik, ətrafınızda olan insanların sizə münasibətində müsbət amillər, hətta sürprizlər də mümkündür.

BUĞA – Nə qədər səmimi olsanız, hörmətiniz də bir o qədər artacaq. İstənilən münaqişədə tərəfsiz mövqe tutun ki, düşmənləriniz artmasın. Günün ikinci yarısında büdcəniz ağırlaşa bilər. Səfərə çıxmayın.

ƏKİZLƏR – Münasibətləri dərinləşdirmək üçün fürsətdir. Ürəyinizə yaxın bildiyiniz hər kəsə baş çəkməyə, heç olmasa zəng etməyə çalışın. Bugünkü addımlarınızdan asılı olaraq sizə qarşı münasibət müsbətə doğru dəyişə bilər.

XƏRÇƏNG – Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız, hətta ola bilsin ki, çoxdan görmədiyiniz insanlarla da rastlaşasınız. Saat 15-18 aralığında isə maraqlı təkliflər alacağınız gözlənilir.

ŞİR – Pulsuzluğu özünüzə dərd hesab etməyin. Əsası odur ki, tənha qalmayasınız. Bu, bürcünüz üçün ən dözülməzidir. Yaxşısı budur, gücünüzü yarımçıq qalmış işlərin həllinə yönəldəsiniz.  

QIZ – Paralel olaraq bir neçə işlə məşğul olmaq, həlledici məsələlərdə qətiyyət göstərmək bu gün üzərinizə düşən başlıca vəzifədir. Bir sözlə, bu gün istirahət və ya passiv olmaq barədə düşünməməlisiniz. 

TƏRƏZİ – Qarşınızda elə bir gün durub ki, Göy qübbəsi addımbaşı sizi sevindirə bilər. Hər an möcüzə gözləyin, amma özünüz də boş oturmayın. Bu təqvimdə ailə üzvlərinizə qayğınızı əsirgəməyin. 

ƏQRƏB – İxtiyarınızda olan bu gündə pul məsələləri ilə bağlı hər hansı mübahisəyə getməyə dəyməz. Yaxşısı budur, səbrli olub uğurlu məqamınızı gözləyəsiniz. Problemlərdə vasitəcilərdən istifadə edin.

OXATAN – Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə isə düşünməyin. Öz səhvlərinizə özünüz cavabdeh olmalısınız.

OĞLAQ – Göy qubbəsi yavaş-yavaş həyatın nəbzini tutduğunuzu proqnozlaşdırır. Məhz bu gündən etibarən daxili sarsıntılarınız da səngiyəcək. Odur ki, özünüzdə güc tapıb hərəkətə keçin.

SUTÖKƏN – Bu maraq dolu təqvimi daha çox dostlarınızla birlikdə keçirməyə çalışın. Başınıza gələn hər bir ideyanın böyük perspektivinə inanın. Gün ərzində maddi irəliləyişləriniz də gözlənilir. 

BALIQLAR – Qarşınızda neytral bir gün durub. Bu səbəbdən qeyri-adi nəsə etməyə qalxmayın. Sənədləşdirmə məsələlərində diqqətli olun. Bu gün nəqliyyatla əlaqəli gərginlik olsa da, pul barədə uğurludur.

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031