Azərbaycanda daha bir medal təsis edilir
14:24 / 05.03.2019
2428
Azərbaycanda yeni medal təsis edilir.
Sfera.az bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.
Təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.