“Sədərək” ticarət mərkəzində yanğın - FOTO
09:26 / 26.02.2019
3055
Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində yanğın başlayıb.
Sfera.az bildirir ki, hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, yanğın bazarın "Təsərrüfat bazarı" hissəsindəki anbarda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.