“Mən də alıcıyam, qiymətlərdə artım görmürəm” – Deputat

“Mən də alıcıyam, qiymətlərdə artım görmürəm” – Deputat
"Son vaxtlar sosial şəbəkələrdə və saytlarda ölkədə qiymət artımı ilə bağlı qeyd olunan fikirlərlə razı deyiləm. Çünki mən Milli Məclisin deputatı olmazdan əlavə həm də bir alıcı, sadə vətəndaşam. Gedib ticarət şəbəkəsindən ərzaq və digər məhsullar alırıq. Orada olan qiymətləri də təbii ki, müqayisə edirik. Bu müqayisə zamanı malların qiymətində heç də artım görmürəm”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov deyib.

O qeyd edib ki, bu gün ölkənin ticarət şəbəkəsində qiymət artımının həyata keçirilməsi üçün heç bir əsas da yoxdur:

"Çünki Azərbaycanın milli valyutası sabitdir. İnflyasiya minimum həddədir. Dolların və digər xarici valyutaların manata nisbətdə məzənnəsi sabitdir və manat möhkəmlənməyə doğru gedir. Belə bir şəraitdə hər hansı qiymət artımından danışmaq da düzgün deyil”.

A.Badamov onu da bildirib ki, bəzi KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsassız məlumatlar yayılır. Deputatın fikrincə, belə məlumatlar süni şəkildə əhalidə narazılıq yaratmaq məqsədi güdür:

"Sosial şəbəkədə mən də gördüm ki, unun qiymətində artım olduğunu yazıblar. Dünya bazarında taxılın qiyməti artıb. Buna baxmayaraq, çörəyin və un məmulatlarının qiyməti sabit olaraq qalır və heç bir artım yoxdur”.

Qeyd edək ki, bəzi KİV-də, o cümlədən sosial şəbəkələrdə əsassız şəkildə qiymət artımı ilə bağlı məlumatlar yayılır. Belə məlumatlar süni şəkildə əhalidə narazılıq yaratmaq məqsədi güdür. Əksinə, dünya bazarında taxılın qiyməti artdığı halda, Azərbaycanda çörəyin, un məmulatlarının qiyməti sabit olaraq qalır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR